Bakıda “Sağlam Yarış Gənclər arası Voleybol Turniri” keçirilib.
Layihə Gənclər Fondunun maliyyə dəstəyi, Voleybol Federasiyasının təşkilati və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “İdman” işçi qrupunun təşkilatçılığı ilə baş tutub.
Layihə rəhbəri Zaur Allahverdiyevin sözlərinə görə, layihə gənclərin marağına səbəb olub.
Qeyd edək ki, turnirdə yalnız qızlardan ibarət komandalar iştirak edib.
Turnir olimpiya sistemi ilə baş tutub. Voleybol turnirində 6 komanda iştirak edib. Qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” komandası olub və komanda üzvləri diplom, kubok və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
Gün.Az