Azercell-in əsas səhmdarı və Avropanin telekommunikasiya nəhəngi olan TeliaSonera Norveçdə Tele2 operatoruna məxsus əməliyyatı əldə edir. Şirkət, həmçinin, 2016-cı il üçün əhalinin 98% 4G xidməti ilə təmin etməyi öhdəsinə götürür ki, bu da nəzərdə tutulmuş müddətdən iki il əvvəl deməkdir. Tele2 operatoru Tele2, One-Call, My Call və Network Norway əmtəə nişanları altında fəaliyyət göstərir. Cari ilin birinci rübünün sonunda mobil rabitə abunəçilərinin sayı 1,133,000, stasionar şəbəkənin abunəçi sayı isə 60,000 təşkil etmişdir.
Bu inteqrasiya TeliaSonera-nın Norveçdəki mobil rabitə üzrə bazar payını 23%-dən təxminən 40%-dək artırmağa şərait yaradacaq. Həmçinin, operator abunəçi sayının 1.6 milyondan 2.7 milyonadək yüksəlməsini proqnozlaşdırır. Bu yeniliyin üstünlüklərini müştərilərə nümayiş etdirmək üçün TeliaSonera 4G şəbəkəsinin genişləndirilməsi prosesini sürətləndirir. Şirkətin planlarına əsasən, 2018-ci ildə deyil, artıq 2016-cı ilədək əhalinin 98%-i 4-cü nəsil şəbəkəsindən istifadə etmək imkanını qazanacaq.
Bu əhəmiyyətli nailiyyət rəqabətə davamlılığı və böyük yatırımlar tələb edən əyalətlər də daxil olmaqla, bütün ölkədə korporativ müştəri və istehlakçılara mobil internet xidmətlərini təklif etmək imkanını artıracaq. Saziş qüvvəyə mindikdən sonra Tele2 operatorunun müştəriləri hal-hazırda əhatə dairəsi 3.2 milyon insanı və 2016-cı ildə bütün Norveçliləri təmin edəcək genişmiqyaslı 4G şəbəkəyə qoşulmaq imkanı əldə edəcəklər. TeliaSonera Norveç bazarında həm premium, həm də daha aşağı dəyərə malik müxtəlif brendlərini Norveç bazarında təqdim etməyi davam edəcək. Bu prosesin tam olaraq başa çatması ən geci 2015-ci ilin birinci rübünə proqnozlaşdırılır.
TeliaSonera insanlara daha rahat, effektiv və ekoloji baxımdan zərərsiz şəkildə ünsiyyət yaratmağa imkan verən şəbəkədən istifadə imkanı və telekommunikasiya xidmətlərini təklif edir. Norveçdən Nepala qədər TeliaSonera Azərbaycan, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Nepal, Norveç, Rusiya, İspaniya, İsveç, Tacikistan, Türkiyə və Özbəkistan kimi ölkələrdə təmsil edilib.
4G şəbəkəsinin ilk qurucusu və Avrpanın aparıcı telekommunikasiya təminatçısı olaraq TeliaSonera dünya boyu 190,6 milyonluq abunəçi bazası və 25,741 sayda əməkdaşa malikdir. TeliaSonera şirkətlər qrupunun bir parçası olub ən qabaqcıl Avropa təcrübəsini mənimsəyərək Azercell Azərbaycan bazarında ən son texnoloji yenilikləri tətbiq etməyə davam edir.
trend.az