Yeni insan növü kəşf edildi
19.3.2012



Əldə edilən kəllə sümüyü parçaları və digər sümük hissələrinin 14 min 300 - 11 min 500 illik olduğu müəyyən edilib. Ən azı 4 nəfərə aid olduğu bəlli olan daşlaşmış sümüklərin anatomik xüsusiyyətləri alimləri heyrətə salıb.

Qızıl Maral Mağarası insanları adlandırılan insanlara aid sümüklər müasir insandan çox fərqlidirlər. Belə ki, onların çıxıntılı çənələri, böyük azı dişləri, diqqət cəlb edən alınları, qalın kəllə sümükləri, düz üzləri və geniş burunları var. Beyinləri isə buz dövrünün insanlarının standartları ilə müqayisədə orta səviyyədədir.

Araşdırma aparan mütəxəssis, Avstraliya Yeni Cənubi Qaller Universitetinin professoru Darren Kurnoenin sözlərinə görə, bu insanlar təkamüldə yeni bir çizgi, ya da Afrikadan erkən çağlarda gəlib şərqi asiyalıların geninə qoşulmağı bacaran insanlar ola bilərlər.

“Bu iki variantın düz olma ehtimalı bərabərdir, ancaq məncə, Qızıl Maral Mağarası insanlarının təkamüldə yeni bir çizgi olma ehtimalı daha qüvvətlidir. Çünki birinci kəllə sümüyü anatomik olaraq bənzərsizdir. O bu gün yaşayan, ya da 150 min il öncə Afrikada yaşamış bütün modern insanlardan fərqlidir".

ANS PRESS