Dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur.
Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar,
Təhsil Nazirliyinin müvafiq şöbəsi, TQDK-nın nümayəndələri ilə tez-tez
görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar”. Bunu təhsil
naziri Misir Mərdanov deyib.
Nazir son aylarda artıq bir neçə belə görüşün olduğunu bildirib:
“Müəyyən edilib ki, doğrudan da müəyyən çatışmazlıqlar var.
Çatışmazlıqların olması mümkündür, heç vaxt mütləq düzgün dərslik
olmayıb. Bununla belə, problemlərin aradan qaldırılması üçün ciddi
addımlar atılır”.