Azərbaycan ərazisində dünən iqlim normasından aşağı temperatur qeydə alınıb
24.11.2014

Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, bu, ilkin proqnozdur və yaxın saatlarda daha ətraflı məlumat veriləcək.

Onun sözlərinə görə, dünən ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.

APA