Azərbaycan prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.