Hindistanda dolanışığı sehirbazlıqdan çıxan bir ailənin uşağqları da əllərindəki kobra ilanı ilə obyektivlərə poza verir. Onların üzündə nə qorxu, nə də bir həyacan var.
Onlar, doğulan gündən ailəsi ilə birlikdə həm də ilanları tanıyıblar. uşaqlardan kiçiyinin iki yaşı var.
Onlara ilanlar rəqs etməyi öyrədən ataları Budh Nath deyir ki, nəslilləri yüzillərdir ki, bu sənətlə məşğuldur. Qanunlara görə, onların bu işi qadağan edilsə də, əsrlərdən keçən adət-ənənə qanun tanımır. Həm də yeganə dolanışıq mənbələri budur.
Amma Budh Nath deyir ki, son vaxtlar bu ənənə də yox olmaq təhlükəsiylə üzləşib. Onlar indi yalnız bəzi otellərdə özəl səhnələr göstərməklə dolanırlar.
big.az