“Apple”ın gözlənilən təqdimatı baş tutdu
12.3.2015

“Apple” şirkəti ilk ağıllı saatı “Apple Watch”u təqdim edib.

Yeni ağıllı saatla iPhone-a gələn zənglərə və ismarışlara cavab vermək, eləcə də qarşılıqlı mesajlaşmaq mümkün olacaq.

“Apple Watch” həm də “Apple Pay”lə alış-verişin mümkün olduğu ilk ağıllı saat kimi də diqqəti öz üzərinə çəkib.

18 saat enerji saxlayan ağıllı saat otellərdə qapı açarı kimi də istifadə oluna bilər. Üstəlik bu saatın kəmərləri də rahat dəyişilə bilir.

Ekran ölçüsünə görə qiymətləri 349-1099 dollar arası dəyişən saatların fərqli rəng çeşidi və modelləri var.

Gün.Az