GoMap-lə imtahan binalarını tapmaq mümkündür
14.5.2015

Abituriyentlərin imtahan verəcəkləri binanın yerləşdiyi yeri asanlıqla tapması üçün TQDK-nın internet saytında ( http://gomap.az/tqdk/ ) “İmtahan keçirilən binaların xəritədə qeydi” bölməsi fəaliyyət göstərir.

TQDK-dan verilən məlumata görə, imtahan verməyə hazırlaşan istifadəçilər bu bölmədən istifadə etməklə imtahan verəcəkləri binanın yerini asanlıqla müəyyən edə bilər.

Həmçinin xəritədən istifadə etməklə həmin istiqamətdə hərəkət edən marşrut nömrələrini və əraziyə yaxın yerləşən metrostansiyanı da asanlıqla müəyyən etmək mümkündür.

Xeberler.az