Bank Standard korporativ saytın ən yaxşı dizaynı üçün tender elan edir!
9.6.2015

Rəsmi məktub göndərmək lazımdır.

Bank Standard korporativ saytın ən yaxşı dizaynı üçün tender elan edir!

Biz marağı olan hər bir şəxsi və şirkəti “Bank Standard”-ın yeni dizaynının hazırlanması üçün elan edilən tenderdə iştiraka dəvət edirik!

Hazırki sayt https://www.bankstandard.com ünvanında yerləşdirilib.

Tenderdə iştirak etmək üçün tender@bankstandard.com ünvanına rəsmi məktub göndərmək lazımdır. Məktubda məktub sahibinin özü və yaxud şirkət haqqında məlumatlar göstərilməli, həmçinin, bu istiqamətdə görülən işlərin siyahısı və portfolio məktuba əlavə edilməlidir.

Qəbul edilən sənədlərə baxış keçirildikdən sonra sənəd sahibinin şəxsin elektron ünvanına ətraflı brif və dizayn üçün zəruri olan şirkət üslubunun elementləri göndəriləcək.

Tender müddəti başa çatana qədər iştirakçılar aşağıdakı maketləri təqdim etməlidirlər:

• Saytın dizaynı (2 səhifəlik nümunə əsasında – əsas və daxili);
• Saytın mobil versiyasının maketi;
• İnteraktivin təsnifi;

Tenderin müddəti: 30 gün ( 8 iyun - 8 iyul, 2015-ci il )

Əgər Siz özünüzün yaradıcı potensialınıza güvənirsinizsə, o zaman bizim tenderdə iştirak edin.

Biz hər birinizin təcrübəsini və yaradıcı düşüncənizi qiymətləndiririk və Sizin müraciətlərinizi gözləyirik!

Daha ətraflı məlumatı rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.

Oxu.az