Azərbaycan Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazandı
24.8.2015

Osipenko-Rodomska 4-ci yeri tutub.

Milanda keçirilən kayak və kanoe üzrə dünya çempionatında Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska 4-ci yeri tutub. Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk “8-liy”ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Xatırladaq ki, bundan əvvəl Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafədə və kanoeçi Valentin Demyanenko 200 metr məsfadə Olimpiya Oyunlarına lisenziya qazanıblar.

www.oxu.az