Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb
19.10.2015

Xəbər verildiyi kimi, bu il Aşura günü oktyabrın 24-nə təsadüf edir. Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, qanvermə aksiyası aşağıdakı məscid və ziyarətgahlarda keçiriləcək: Yasamal rayonu Təzəpir məscidi, Hacı Soltanəli məscidi, Səbail rayonu Bibi-Heybət məscidi, İçərişəhər Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidi.

AZƏRTAC