Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 5-də Sabirabad rayonunda 2010-cu ildə Kür daşqınlarından ziyan çəkmiş sakinlərlə görüşüb.
Nazir Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
K. Heydərov bildirib ki, tikinti işləri plan üzrə davam etdirilir.
Daşqınların vurduğu ziyanın aradan qaldırılması məqsədilə bir neçə ay əvvəl dövlət başçısı tərəfindən əlavə vəsaitin ayrıldığını qeyd edən nazir layihə smeta sənədlərinin artıq hazır olduğunu və gələn həftədən tikinti işlərinə başlanılacağını diqqətə çatdırıb.
Nazir sakinlərin problemləri ilə də yaxından tanış olub.
APA