Azərbaycanda prezidenti qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsinin təmin edilməsi məqsədilə 3 milyon manat ayırıb
12.7.2012

Prezident İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

APA