Azərbaycanın magistral yollarında hərəkət sürəti artırıldı. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Qaradağ yolundan Qobustan qəsəbəsinə, Qobustan qəsəbəsindən Hacıqabula qədər, Ələt-Astara yolunun 0-31-ci km-də və Bakı-Quba yolunda nəqliyyatın hərəkət sürəti 110 km/saata qədər artırılıb.
K.Əliyev bildirib ki, bu, həmin yollarda ən optimal sürətdir. İdarə sözçüsü deyib ki, yolların keyfiyyətinin standartlara cavab verməsi, yollarda təhlükəsizlik baxımından lazımi şəraitin yaradılması - yolların dəmirlə çəpərlənməsi, kəsişmələrin mövcud olmaması sürət həddinin artırılmasına imkan verir.
O qeyd edib ki, iri magistrallarda nəqliyyatın intensivliyinin qarşısının alınması üçün də hərəkət sürətinin artırılmasına ehtiyac vardı. Qeyd edək ki, həmin yollarda hərəkət sürəti 90 km/saat idi.
ANS PRESS