​"Unibank" yeni kampaniya keçirir
15.8.2016

"Unibank" ASC-nin 5-6 kartı əvəz edə bilən bank kartı - "Albali Plus" debet kartı indi hər kəs üçün daha əlçatan olub. Çünki "Unibank"ın keçirdiyi kampaniya çərçivəsində "Albalı Plus" debet kartının qiyməti cəmi 3 AZN/USD-dir.

Banka istinadən verilən xəbərə görə, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/) sifariş verməklə "Albalı Plus" debet kampaniyasından faydalanmaq mümkündür. Kampaniya noyabrın 8-dək davam edəcək.

"Albali Plus" debet kartı bir sıra üstünlüklər təqdim edir. Hər alış-verişdə xərclədiyiniz vəsaitin 20%-dək hissəsi kart hesabınıza geri qayıdacaq. Kartdakı pulunuzu komissiyasız nağdlaşdıra bilərsiz. Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır. Debet kartını istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz, kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiz", - deyə Bankdan bildirilib.

Həmçinin, tərəfdaş və qeyri-tərəfdaş mağazalarda müştəriləri müxtəlif endirim və hədiyyələr gözləyir. "Unibank Mobile" əlavəsində "Albali Plus" debetlə aparılan əməliyyatlar hesabına "İphone 6S" və digər qiymətli hədiyyələr qazanmaq mümkündür "Unibank Mobile" istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 manat olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır.

report.az