İlin sonunadək Bakıda 3 böyük “yaşıl market” fəaliyyətə başlayacaq
17.10.2016

İlin sonunadək Bakıda ixtisaslaşdırılmış 3 böyük “yaşıl market” açılacaq.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

“Bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirilir. Bu istiqamətdə müvafiq addımlar atılıb. Eyni zamanda, ayrı-ayrı bölgələrdə “fermer evləri” açılır”, - deyə nazir müavini vurğulayıb.

S.Talıbov, həmçinin bildirib ki, nazirlik bölgələrdə də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması üçün xüsusi layihə hazırlayaraq hökumətə təqdim edib.

azertag.az