Azərbaycan çempionatının I divizionunda çıxış edəcək komandalar müəyyənləşib.
2012/13 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda 13 komanda mübarizə aparacaq.
Bunlar "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", "Bakılı", "Lokomotiv", "Şəmkir", "Tərəqqi", "Şuşa", "Energetik", MOİK, "Göyəzən", "Ağsu", "Qala" klublarıdır.
Sonuncu 2 komanda – “Ağsu” və “Qala” ilk dəfə ölkə çempionatında iştirak edəcək. Bu 2 klub yeni addırsa, ötən mövsüm bu yarışa qatılan 3 iştirakçı fəaliyyətini dayandırıb.
Azərbaycan futbolunda növbəti “ölən” klublar “Karvan”, “MKT-Araz” və “Muğan” olub. Bunlar vaxtilə Premyer Liqada oynamış komandalardır. Sonuncular istisna olmaqla, digər iki komanda avrokuboklarda da çıxış edib.
Qeyd edək ki, artıq bu gün saat 16:00-da I divizionun püşkü atılacaq.
APA