Vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş Azərbaycan dili və ədəbiyyat imtahanının nəticələri açıqlanıb
27.8.2012

Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş Azərbaycan dili və ədəbiyyat imtahanının nəticələri məlum olub.

Avqustun 21-24-də keçirilmiş imtahanın nəticələrinə əsasən, 318 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi işə qəbul edilib.

Avqustun 24-də boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin nəticələrinə görə isə 199 nəfər müəllim işə qəbul olunub.

APA