Ötən gün Londondakı Paralimpiya şəhərciyinin mərkəzində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildiriblər ki, mərasimdə Olimpiya şəhərciyinin merinin müavini Toni Seynsbori London Yay Paralimpiya Oyunlarının rəmzi işlənmiş hədiyyəni Azərbaycan nümayəndə heyətinin rəhbəri Şaiq Həmidova təqdim edib.
Şaiq Həmidov Milli Paralimpiya Komitəsinin rəhbərliyi adından Toni Seynsboriyə minnətdarlığını bildirib, Bakının portretini ona təqdim edib.
Təntənəli mərasimdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov və Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Məmmədov iştirak ediblər.
ANS PRESS