Türkiyədə siqaret qadağasına mobil cihazlarla nəzarət olunacaq
30.8.2012

Türkiyədə qapalı məkanlarda siqaret qadağasına GPS-i dəstəkləyən mobil cihazlarla nəzarət ediləcək. Bu barədə çərşənbə günü ölkənin səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, bu metod siqaret qadağasını pozanlara qarşı mübarizədə ümumi işi daha da asanlaşdıracaq.

Məlumata görə, nazirliyin 184 mömrəli "qaynar xətt"inə siqaret qadağasının pozulması ilə bağlı məlumat daxil olan zaman həmin ərazi GPS vasitəsilə izləniləcək və sonra oraya ən yaxınlıqdakı xüsusi qrup göndəriləcək.

Yeni metod sentyabr ayından tətbiq ediləcək.

Trend