Sabah günün ikinci yarısından başlayaraq Azərbaycan ərazisində hava şəraiti yenidən dəyişəcək.
Hkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva isə deyib ki, Bakı və Abşeron yarımadasında sentyabrın 27-də axşama doğru şimal-qərb küləyi artacaq, küləyin sürəti arabir saniyədə 16-18 metrə çatacaq. Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-21, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 28-də isə havanın temperaturu bir qədər enəcək. həmin gün havanın temperaturu 21-25 dərəcə isti olacaq, külək davam edəcək, axşama doğru isə bir qədər mülayimləşəcək.
Azərbaycanın rayonlarında sentyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Sentyabrın 27-də axşam, sentyabrın 28-də gecə və səhər saatlarında ayrı-ayrı rayonlarda leysan xarakterli yağışın intensiv olacağı ehtimalı var. Sentyabrın 29-da yağıntılar dayanacaq.
Yağışlarla əlaqədar dağ çaylarında sululuğun artacağı və qısa müddətli daşqınların keçəcəyi istisna olunmur.
Trend