“Şopenin musiqili skamyaları”
11.10.2011

Klassik musiqi bəstəkarı, dünya şöhrətli polşalı bəstəkar, fortepiano üçün çoxsaylı qiymətsiz əsərlərin müəllifi, pianoçu – Frederik Şopenin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar olaraq, Polşanın paytaxtında tarixi yerlərdən keçən və xüsusi multimedia aparatları quraşdırılmış skamyalar vasitəsilə çox maraqlı gəzinti marşrutu – “Şopenin skamyaları” təşkil olunmuşdur. Sadəcə skamyadakı düymələrdən birini basmaqla bəstəkarın seçilmiş əsərlərinin sədaları altında qədim, tarixi məkanlara seyr etmək mümkündür.

“Şopenin skamyaları” - Video