Şapito-Sirki Bakıda
12.10.2011

Bakıya sirk-şapito gəlib. Onun ilk nümayişi oktyabrın 15-də olacaq. Tamaşaçılara şir, pələng, ponilərin iştirakı ilə nömrələr göstəriləcək, jonqlyorlar və akrobatlar çıxış edəcək. Sirk tamaşalarında Fransa, Polşa, Ukrayna, Rusiya və başqa yerlərdən artistlər iştirak edəcəklər.
Biletlərin qiymətinə gəlincə, o, 6-8 manat arasındadır. 3 yaşadək uşaqlar sirkə pulsuz buraxılacaqlar. Səyyar Şapito sirki "Gənclik" metrostansiyası yaxınlığında fəaliyyət göstərəcək. Bilet satışı da burada keçiriləcək.