Norveçli ailənin çek-pot udmaq ənənəsi
6.11.2012

Norveçli bir ailə lotoreyada 6 ildə 3 cek-pot udub. Norveçdə nəşr olunan “Verden Gang” qəzeti yazır ki, ötən həftə 19 yaşlı Tord Oksnes “ailə ənənəsi” ilə 12.2 milyon kron (1 670 000 manat) cek-pota sahib olub.

Qəzet bildirir ki, Oksnesin 26 yaşlı bacısı Heqe Jannet 2010-cu ildə 8.2 milyon kron (1 122 000 manat) məbləğində cek-pota sahib olub. Uduş ənənəsinin təməlini qoyan 58 yaşlı ata Leif Oksnes isə 2006-cı ildə 4.1 milyon kron (560 000 manat) qazanaraq o dövrün cek-potunu əldə edib.

ANS PRESS