Lalə Məmmədova yenə Leyli olacaq - Video
15.11.2012

Noyabrın 23-də Akademik Opera və Balet Teatrının səhnəsində “Leyli və Məcnun” operası oynanılacaq.

Əsas qəhrəman kimi səhnəyə əməkdar artist, tanınmış estrada müğənnisi Lalə Məmmədova çıxacaq.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı eyniadlı operada Məcnun obrazını əməkdar artist Səbuhi İbayev canlandıracaq.

Qeyd edək ki, L.Məmmədovanın əsas partiyanı oynadığı operanın premyerası bu ilin aprelində olub.
Video

gun.az