"Eurovision"nın biletlərinin satış tarixi açıqlanıb
22.11.2012

2013-cü ildə İsveçin Malmo şəhərində keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinin biletlərinin satış tarixi açıqlanıb. "Eurovision" müsabiqəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, biletlər noyabr 26-da artıq satışa çıxarılacaq.

Xatırladaq ki, bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin qalibi İsveç olub. Müğənni Lorin 372 səslə qalib adını qazanıb.
Azərbaycan təmsil edən Səbinə Babayeva isə müsabiqəni 4-cü pillədə başa vurmuşdu.

ANS PRESS