Bu gün Hüseyn Cavidin doğum günüdür
24.10.2011

Azərbaycanın dahi sənətkarından olan Hüseyn Cavid 1882-cü ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti)