Latviyadakı Azərbaycan Ticarət Evinin idarə olunması məqsədilə bu ölkədə “Azərbaycan Ticarət Evi" MMC (“Trading House of Azerbaijan”) yaradılıb və onu Latviya Müəssisələrinin Kommersiya Reyestri dövlət qeydiyyatına alıb.
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilir ki, Azərbaycan Ticarət Evi yerli məhsulların "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.
report.az