Sürücülük vəsiqəsi üçün verilən təkrar imtahanlar ödənişli olub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi üçün təkrar imtahan verən şəxslər 10 manat rüsum ödəyəcəklər.
Qeyd edək ki, əvvəllər təkrar imtahanlarda rüsum tətbiq olunmurdu.
Milli.Az