Prezident İlham Əliyev “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun
açılışında iştirak etmişdir. Dövlət başçısı zavodu işə salan düyməni
basdı.
Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal,
markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır.
Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı
üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün
tumlarını ayıran qurğu da quraşdırılmışdır.
Qablaşdırma sexdə şərablar “Çinar” markasının texnologiyasına uyğun
hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”,
“Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır.
İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn
və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın
dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin
yaradılması planlaşdırılır.