İlham Əliyev Şəki şərab zavodunun açılışında iştirak etmişdir
18.11.2011

Prezident İlham Əliyev “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir. Dövlət başçısı zavodu işə salan düyməni basdı.
Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır.
Qablaşdırma sexdə şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır.