Bugün Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında "Clarinetissimo II"
konserti keçiriləcək. Tədbir Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr
edilib. Konsertdə Üzeyir Hacıbəyov, Mendelson, Ponçinelli və başqa
bəstəkarların əsərləri Müdafiə Nazirliyinin orkestrının solistlari Anar
Məmmədov (klarnet) və Vəli Budaqovun (klarnet) ifasında səsləndiriləcək.