İyulun 25-dən 28-dək Almaniyanın Leypsiq şəhərində keçiriləcək qeyri-adi hava şarları festivalı yerli əhalinin və qonaqların ürəyincə olacaqdır.
Saksoniya hava şarları festivalı Leypsiqdə hər il iyulun sonunda keçirilir.
Dörd gün ərzində şəhərin səmasında hava şarları uçuşur, küçələrdə paradlar və atəşfəşanlıq keçirilir, gimnastlar çıxış edirlər.
Həmin günlərdə dünyanın hər yerindən peşəkarlar və həvəskarlar şarlarda uçmaq, festivalın bayram proqramı çərçivəsində keçirilən tədbirlərdə əylənmək üçün Leypsiqə gəlirlər.
Saksoniya hava şarları festivalı nümunəvi tədbir olmaqla yanaşı, həm də müsabiqələrin keçirildiyi tədbirdir.
İştirakçılar hava şarlarında uçmaqda və eləcə də ən gözəl, qeyri-adi şar modelinin düzəldilməsində bir-birləri ilə yarışırlar.
AzərTac