Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın
27-də paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan
inşaat işlərinin gedişi ilə tanış olublar.
Tikintinin layihəsi əsasında görülən və görüləcək işlər barədə prezident
İlham Əliyevə məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin adını
daşıyan memarlıq abidəsi kimi ucaldılacaq bu mərkəz ölkənin
ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı,
beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin,
festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək.
Prezident İlham Əliyev inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.