Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza
yanvarın 3-də ölkəni tərk edib. Bu barədə ABŞ-ın Azərbaycandakı
səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.
Xatırladaq ki, Senat M. Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir
dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki,
səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın
3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.
Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.
Аns press