Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin
seçilməsi üçün İctimai Teleradionun canlı efirində həyata keçirilən
milli seçimlərin səkkizinci həftəsində fasilə yaranacaq.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, fasilənin yaranmasına səbəb növbəti həftənin 20 Yanvar – ümummilli
matəm gününə təsadüf etməsidir. Bildirilir ki, seçimlərin 8-ci həftəsi
yanvarın 23-dən start götürəcək. Yanvarın 27-də milli seçimlərin
səkkizinci yarımfinalçısı müəyyən ediləcək.