Bu gün Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilib.
Açılışda gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov, millət vəkilləri və idmançılar iştirak edib.
Qeyd edək ki, tikintisinə 2012-ci ilin aprel ayından başlanan Akedemiyanın binasının ümumi sahəsi 2400 kvadrat metrdir. Azərbaycan Qolf Federasiyası da bu binada yerləşəcək. Akademiyanın ərazisində "Championship 8 holemini qolf" konsepsiyasında dizayn edilən və sintetik ot örtüyündən ibarət olan qolf meydançası da mövcuddur.
Mərasimdə bildirilib ki, federasiya insanları qolf oynamağa həvəsləndirmək üçün SNAG "Start NEV At Golf " adlı layihəni də həyata keçirməyə başlayıb. Açılış mərasimində çıxış edən nazir Azad Rəhimov məktəblərdə qolf dərslərinin keçirilməsi ilə bağlı layihələrin vacibliyi vurğulayıb. Nazir 2016-ci ildə keçiriləcək yay olimpiya oyunlarında Azərbaycan qolfçularının da iştirakının önəmliliyinə toxunub.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov yeni yaradılan Qolf akademiyasının Azərbaycanda peşəkar və həvəskar qolfçuları hazırlayan birinci məzkəz olacağını qeyd edib.
Ann.az