Yanvar ayının 17-də "Art Villa" qalereyasında "Qadın xəyalları" adlı
sərginin açılış mərasimi keçiriləcək. Sərgi Arts Councıl Azerbaycan
tərəfindən təşkil olunub. Burada müxtəlif uslubda və müxtəlif texnikada
işlənilmiş rəngarlıq və heykəltəraşlıq nümünələri təqdim olunacaq.
Əsas məqsəd isə qadının istəklərini, düşüncələrini və xəyallarını
tamaşaçının nəzərinə çatdırmaq və onlarda müəyyən bir təəsürat
yaratmaqdı.
Sərgidə Rəşad Mehdiyev, Vüqar Əli, Məmməd Rəşidov, Rahim Həşimov,
İntiqam Əli, Esmira Güləhmədova, Vüsalə Ağarəziyeva, İslam Həsənəlizadə,
Gündüz Hunlar, Elmir Hüseynov, Məsumə Hacılı, Lalə Ağayeva, Anar
Həsənzadə, Anar Yalquzaq, Leyla Nəsibova kimi rəssamlar öz sənət
əsərlərini təqdim edəcəklər.