İtaliyanın Azərbaycandakı Səfirliyi 2012-ci il 24 yanvar tarixindən 2
fevral tarixinədək Muzey Mərkəzində tarixi, arxeoloji və peyzaj
nöqteyi-nəzərindən İtaliyanın ən gözəl abidələrinin və şəhərlərinin
şəkillərindən ibarət “Obyektivdə Miras” adlı fotoşəkil Sərgisinin
keçiriləcəyini bildirməkdən şərəf duyur. İtaliyanın Birləşdirilməsinin
150 illik yubileyinə həsr olunmuş və Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək
tədbir UNESCO-nun Ümumdünya Mədəniyyət Mirasları siyahısına daxil
edilmiş 43 ədəd miras vasitəsilə qonaqlara virtual səyahət etmək imkanı
yaradacaq. Bu sərgi İtaliya ilə gözəllik arasında ayrılmaz əlaqənin
bariz nümunəsidir.
Giriş sərbəstdir.