"Buz adamlar" inanılmaz rekord vurdular (Foto və Video)
18.1.2012

Çinli "morj"lar Çen Ke Say və Szin Son Hao çox təhlükəli dünya rekordu vurublar. Onlar soyunaraq içi buzla doldurulmuş şüşə kublara giriblər. Iki çinli həmin bloklarda müvafiq olaraq 118 və 120 dəqiqə qalıb. Ginnes Rekordlar Kitabının nümayəndəsi bu ekstremal rekordu Çinin Hunan vilayətindəki Çjanszyaze şəhərində qeydə alıb.
Əvvəlki rekord hollandiyalı Vim Hofa məxsusdu. "Buz adam" adlanan bu şəxs buz və soyuq sulu şüşə kabinədə 115 dəqiqə qalmışdı.

Video