Madam Tüssonun Londonda yerləşən muzeyində Uitni Hyustonun mum heykəli təqdim olunub.
Mərasimdə 30 nəfərdən ibarət kilsə xoru da iştirak edib.
Kollektiv mərhum ulduzun ən məşhur hitlərini ifa edib. Pop ulduzun yaxınları əldə olunan son nəticəyə heyran qalıblar. Heykəl 8 həftə ərzində muzeydə nümayiş olunacaq.
Daha sonra əsər Nyu Yorka göndəriləcək. Xatırladaq ki, bu artıq ulduzun sayca 4-cü mum heykəlidir. Daha əvvəl Hyustonun yaradıcılığının müxtəlif dövrlərini əks etdirən üç eksponat da təqdim edilmişdi.
Big.az