Fotoqraf və bloqqer Arii Set “Vogue” jurnalı üçün yeni foto
layihəsi hazırlayıb. Mövzusu zəriflik və incəlik olan layihədə yaşlı,
eyni zamanda çox zövqlü modellər çəkiliblər. Modellərin hamısı Amerika
sakinləridir. Gəlin etiraf edək ki, bu cür qocalmağı ancaq yüksək zövqə
və həssas qəlbə malik olan qadınlar bacarır.
Bu modellərə dəbli nənələr deməyə heç dilimiz gəlmir. Onlar füsunkar pərilərdir.
Coys Karpati 80 yaş - Coys Karpati hesab edir ki, zəriflik
zövqlü üslubun əbədi açarıdır. Baxmayaraq ki, “Armani”dən olan pencək
çox diqqət çəkir, onu görən kimi geyinməyə razı oldu. “Mən heç vaxt belə
bir şey geyinməməşəm, amma razılaşın ki, çox gözəl geyim əşyasıdır. Onu
üzərimdə daşıya bildiyim üçün çox şadam”.

Linda Rodin 65 yaş - 65 yaşlı stilist və kosmetoloq Linda
Rodin öz evində. “Miu Miu”-dan olan gözündəki eynəyi, sevimli çəkmələri
və vintaj stilindəki paltarla uyğunlaşdırıb. “Eynək 60-ci illərin
dəbindədir və çox əladır”.

Karmen de Lavallade 82 yaş - 82 yaşlı rəqqasə bütün həyatını
səhnəyə həsr edib. Nəyi necə geyinməyi, əlbəttə, yaxşı bacarır.
“Prada”dan olan bu paltarı çox sevir. “Əynimdəki paltar çox rahatdır.
Platformalar isə yeganə ayaqqabı modelidir ki, özümü inanılmaz dərəcədə
yüksək və cavan hiss edirəm”.

Beatris Ost 73 yaş - 73 yaşlı Beatris Ost istənilən yaş
dövründə yaxşı üslub və zövq tərəfdarıdır. 60 yaşı olanda moda ilə bağlı
kitab yazıb. “73 yaşım olsa da, çoxları 50 yaşında göründüyümü
söyləyir”.

Cenni Xirşoviç 59 yaş - 59 yaşlı vəkil Cenni Xirşoviç
ədəbiyyata və modaya olan ehtirasını bədii ifadələrdə və xırda
detallarda gizləndiyini söyləyir. Buna baxmayaraq, Valentino ilə işləmək
şansından imtina etməyib, obrazını isə şəxsi əşyaları, “Chanel”
aksessuarları ilə tamamlayıb. “Mən əminəm ki, estetik zövqü öyrənmək
olmur, bu, hər bir insanın özünə xas olan xüsusiyyətidir”.

Çipora Salamon 63 yaşlı - 63 yaşlı Çipora deyir ki, modaya
olan sevgisi olduğu kimi qalıb, amma üslubu illər keçdikcə tədricən
inkişaf edib. Əynində “Chanel”in ətəyi var. “Chanel”i hansı qadın sevməz
ki? “Öz bədənimi tanıdığım üçün mənə nəyin yaraşdığını yaxşı bilirəm”.
