Azərbaycanın ürəyi sayılan Qədim Qarabağ diyarı bu ölkəyə neçə-neçə istedadlı övladlar bəxş etmişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyd qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır…
Bərdə rayonu Qarabağ düzənliyinin mərkəzində Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində yerləşir.
Burada çoxlu nadir ağac növləri, həmçinin palıd, vələs, qarağac, qoz və çinar ağacları bitir. Yerli fauna canavar, tulkü, çaqqal, qaban, dovşan, qırqovul, qaz, turac və digər heyvan və quş növləri ilə təmsil olunmuşdur. Burada heyvan və balıq ovu ilə məşğul olmaq mümkündür. Rayonun təbii şəraiti burada bostan bitkiləri becərməyə, taxılçılıq və pambıqçılıqla məşğul olmağa imkan verir.
Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri Bakıdan 314 km məsafədə yerləşir. Arxeoloji ekspedisiyalar zamanı müasir Bərdənin yaxınlığında qədim şəhər xarabalıqları aşkar edilmişdir. Burada şəhər mədəniyyətini, ticarətin və sənətkarlığın yüksək inkişaf etməsini təsdiqləyən çox zəngin material tapılmışdır. Onlar qədim Bərdədə zərgərlik, dəmirçilik, duluzçuluq, ipəkçilik, ağac emalı və xalça toxuma kimi xalq sənətlərinin yüksək səviyyədə olmasını söyləməyə imkan verir.
Bu şəhərin inkişaf etmiş infrostrukturu olmuşdur. Belə ki, arxeloloqlar yeraltı su komunikasiyalırı və kanalizasiya qalıqları aşkar etmişlər. Onların tikilməsində keramik borulardan istifadə edilirmiş. İnşaat işlərində qırmızı kərpicdən istifadə edilirdi. Qədim şəhərin meydanlarına daş döşənilmişdir. Buradakı sikkəxanada metal pul zərb edilirdi. Aşkar edilmiş tapıntılar onu göstərir ki, Bərdə şəhəri Azərbaycanın və bütün yaxın şərqin ətraf şəhərləri ilə sıx əlaqə saxlamışdır. Burada bizim eradan əvəl ikinci minillikdən başlamış orta əsrlərin sonuna qədər böyük bir dövrü əhatə edin maddi mədəniyyət əşyalırı tapılmışdır.
Bir sıra memarlıq abidələri zəmanəmizə qədər salamat qalmışdır. Tərtər çayı üzərindən salınmış məşhur körpü (VII-XI əsrlər),
"Axsadan baba", "Güloğlular" məqbərələri ("Güloğlular" məqbərəsində məşhur alim Bəhmən Mirzə Qacar dəfn edilmişdir) Əyyub Əl Hafizin oğlu usta Əhməd tərəfindən ucaldılmışdır. "İmamzadə" deyilən məqbərədə isə alimlərin fikrincə Şeyx İbrahim dəfn edilmişdir. Çiy kərpicdən tikilmiş kvadrat formalı qala da salamat qalmışdır.
Digər abidələr.