Şərur şəhəri - Şərur rayonunun inzibati mərkəzidir. Yeni şəhərdir, dəmiryolun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr var.
Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub-saxlanmışdır.
Burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
Kəngərli rayonu - Babək və Şərur rayonlarının arasında yerləşir.
Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır - yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır.
Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.
Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.
Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: Çalxan qala kurqanları, Qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri.
Sonrakı dövrlərin salamat qalmış abidələri:
Xok kəndində Came məscidi (XVIII yüzil) və
Şahtaxtı kəndində hamam (XIX yüzil).
Digər abidə.
Asnı piri Qıvraq qəsəbəsi - 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.