28.1.2015
  
Bu gün Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
28.1.2015
  
Qoç - səbrli və təmkinli olun. Gərəksiz mübahisələrə, dartışmalara qatılmayın. Xərclərinizi nizamlayın. Maliyyə imkanlarınızı düşünülməmiş şəkildə sərf etməyin. Sərmayə və ya layihə üçün əlverişli zaman deyil. Tələskənli, düşünülməmiş qərarlar itkilərə səbəb ola bilər.
28.1.2015
  
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirilir.
28.1.2015
  
Dünyanın ən bahalı gəlinliyi Türkiyənin Bursa şəhərində hazırlanıb. Burada dəbdəbəli otellərdən birində nümayiş etdirilən gəlinliyin dəyəri 1,5 milyon avrodur. "Mələk" adı verilən gəlinlik qızılı rəngli hind parçasından tikilib və üzəri 900 ədəd zümrüd, yaqut və sapfir daşı ilə bəzədilib. Gəlinliyin tacı və qanadları isə ayrıca işlənib.
28.1.2015
  
Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib.
28.1.2015
  
“PewDiePie” ləqəbi ilə “YouTube”da hesabı olan 25 yaşlı isveçli Feliks Kyelberq bu sosial şəbəkədən və kompüter oyunlarından 2013-cü ildə 4 milyon dollara yaxın pul qazanıb.
28.1.2015
  
Yanvarın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
28.1.2015
  
“İndias Best Cine Star Ki Khoj” Hindistan istedad şousunun qalıbi azərbaycanlı rəqqasə Oksana Rəsulova Bolivudda baş tutan “21st Annual Life OK Screen Awards 2015” qaliblərinin təltifetmə mərasiminin fəxri qonağı olub.
28.1.2015
  
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak edib.
28.1.2015
  
Şərqi Yunanıstanda yerləşən Afon dağı həmçinin “Müqəddəs Dağ” adı ilə də tanınır. Bundan əlavə, Afon dağı Yunanıstanın Müqəddəs Dağ dövlətinin monarx muxtariyyəti inzibati sisteminə də daxildir.
27.1.2015
  
Toy - hər bir cütlüyün həyatında ən parlaq günlərindən biridir. Buna görə də bəy və gəlin həmin gün hər şeyin gözəl təşkil edilməsini, toy gününün hər kəs üçün unudulmaz olmasını istəyirlər. Onlar bunun üçün də çox pul xərcləməkdən də çəkinmir.
27.1.2015
  
Qoç - çətinliklərdən qorxmayın, maneələri qətiyyətlə dəf edin. Bir qədər səy göstərsəniz, məqsədlərinizə çata bilərsiniz. Yaxşı perspektivlər var.
27.1.2015
  
Yaponiyalı əkinçinin bostanında qeyri-adi formada turp yetişib.
27.1.2015
  
Türkiyəli zərgərin hazırladığı qızıl libaslara, əsasən, azərbaycanlı müştərilər maraq göstərirlər.
27.1.2015
  
Fransada Lazur gölü sahilində yerləşən malikanə dəbdəbəli və bahalı hesab olunmasa da, hər halda, satışa 70 milyon funt sterlinqə (104,9 milyon dollar) satışa çıxarılır.
27.1.2015
  
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. 2014-cü ilin yekun reytinq cədvəlində 151 komanda yer alıb.
27.1.2015
  
Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.
27.1.2015
  
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayı ərzində qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət “Bizim olimpiada” adlı festival keçiriləcək.
27.1.2015
  
Bakıda Hindistan Respublikasının qurulamasının 66-cı ildönümü qeyd olunub.
27.1.2015
  
Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində dumanlı, çiskinli, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.