29.11.2016
  

Azərbaycanda bu günədək 78 min tondan çox pambıq tədarük edilib.

29.11.2016
  

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan xalçalarının ölkəsində istehsal edilməsi təklifi ilə çıxış edib.

29.11.2016
  

Dekabrın 9-da Heydər Əliyev Sarayında "Cəngi" Estrada Folklor Ansamblının təşkilatı dəstəyi ilə, Gürcüstanın Acariya Akademik Dövlət Mahnı və Rəqs Ansamblının konsert proqramı keçiriləcək.

29.11.2016
  

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

29.11.2016
  

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Polşanın tanınmış musiqiçiləri tərəfindən ustad dərsləri keçirilir.

29.11.2016
  

"Bakcell MMC" mobil operatoru "Android" əməliyyat sistemli telefon istifadə edən müştəriləri üçün "İnstagram" sosial şəbəkə servisini ödənişsiz təqdim edəcək.

28.11.2016
  

Noyabrın 29-da YARAT incəsənət mərkəzində rejissor və ssenarist Murad İbrahimbəyovla görüş baş tutacaq.

28.11.2016
  

Bakıda dekabrın 25-də “Kitab Dünyası”nın (kitabdunyasi.com) təşkilatçılığı ilə Hikmet Anıl Öztekinin “Badamdar Hotel”də seminarı və imza saatı keçiriləcək.

28.11.2016
  

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Almaniya Mədəniyyət Mərkəzində (Höte İnsititutu) “Jazzycolors” beynəlxalq caz festivalı çərçivəsində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub.

28.11.2016
  

İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf" filmi "Sosial mövzuda ən yaxşı qısametrajlı film" nominasiyasında birinci yerə layiq görülüb.

28.11.2016
  
Azərbaycan güləşçilərinin 9 ildir Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Qızıl Qran Pri" turnirinin final mərhələlərində qazandıqları medalların sayı açıqlanıb.
28.11.2016
  

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazar”ında ölkəmiz böyük stendlə təmsil olunur.

28.11.2016
  

Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzi “Af Media” şirkəti ilə birgə növbəti filmin təqdimatını keçirib.

28.11.2016
  

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı “İlin jurnalisti-2016” müsabiqəsinə yekun vurub. Münsiflər heyətinin qərarına əsasən, qalib “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli olub.

28.11.2016
  

Dekabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi açılacaq.

28.11.2016
  

Macarıstanın xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora Azərbaycana səfər edəcək.

28.11.2016
  

Prezident İlham Əliyev Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

28.11.2016
  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

28.11.2016
  

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. 

28.11.2016
  
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi “Gözdən əlillər üçün səsli kitabxana” (“GƏSK”) yaradır.