5.8.2015
  
Qoç - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.
Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.
4.8.2015
  
Qoç - İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.
5.8.2015
  
“Unibank” müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirib. Bankın yeni istifadəyə verdiyi “UniCall” sistemi zəng edən müştərilərin daha qısa müddətə və vaxt itirmədən istədikləri məlumatı almaları imkanını yaradır.
5.8.2015
  
“MediaTek LinkIt” şirkəti valideynlərə uşaqlarının hərəkət istiqamətini izləməyə imkan verən ağıllı ayaqqabı hazırlayıb.
4.8.2015
  
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filmi avqustun 4-də yerli vaxtla saat 21:00-da İsrailin “Channel 1” televiziya kanalında nümayiş etdiriləcək.
4.8.2015
  
Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
4.8.2015
  
7-12 avqust tarixlərində Bakıda azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçiriləcək. Seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar.
4.8.2015
  
Azərbaycan prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
4.8.2015
  
Avqustun 6-da Bakıda şimal küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə enəcək, havanın maksimal temperaturu 35-36 dərəcə isti olacaq.
4.8.2015
  
Fövqəladə Hallar Nazirliyi son günlər müşaiyət olunan anomal istilərlə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən bildiriblər ki, insanların ehtiyatsızlığının əsas səbəbindən biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir.
4.8.2015
  
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib.
4.8.2015
  
Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri Saquib Sarfraz və Rainer Stiefelhagen tam qaranlıq şəraitdə insan sifətini tanımaq bacarığına malik yeni qurğu ixtira ediblər.
4.8.2015
  
Azərbaycanda işəgötürənlər üçün yeni tələb qoyulub. Bundan sonra işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün Respublika Həmkarlar İttifaqı Konfederasiyası (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) ilə yanaşı, bədbəxt hadisənin baş verməsi tarixindən 3 iş günü müddətində sığortaçıya da məlumat verməlidir.
4.8.2015
  
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirir.
4.8.2015
  
2016-cı il avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) birinci Avrasiya konfransı keçiriləcək. Həmçinin, bu il noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün keçirilməsi də planlaşdırılır.
3.8.2015
  
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə böyüklər və uşaqlar üçün repertuarı açıqlanıb.
4.8.2015
  
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub.
3.8.2015
  
Qoç - günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın.
4.8.2015
  
“Şahdağ” İstirahət Mərkəzinə ailəmlə birlikdə gəlmişəm. Demək olar ki, bütün həftəsonlarını burada keçiririk. Qışda xizək sürmək, yayda isə əsrarəngiz təbiətdən zövq almaq, təmiz hava qəbul etmək, dincəlmək üçün bu istirahət mərkəzində əla şərait yaradılıb.