21.5.2014
  
DəmirBank səyahətə gedənlər üçün “Səyahət krediti” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
21.5.2014
  
Kia şirkəti yeni 2015-ci il üçün Optima sedanı yüngülvari yeniləyib. Avtomobil ilk növbədə sərnişinlərin rahatlığını artıran kiçik dəyişikliklər əldə edib.
21.5.2014
  
Mayın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Əmir Teymur” tamaşasının premyerası olub.
20.5.2014
  
İngiltərənin Bournemouth şəhərində yaşayan "Poppi" ləqəbli pişik dünyanın ən yaşlı pişiyi adına laiq görülərək Ginnes Rekordlar kitabına daxil edilib.
21.5.2014
  
BBC-nin məlumatına əsasən, Londonun OwnFone şirkəti Brayl klaviaturalı ilk mobil telefonun satışlarına başlayıb.
20.5.2014
  
Həkimlər 540 qram çəki ilə doğulan körpənin həyatını xilas ediblər. Körpə 24 həftəlik olarkən Şotlandiyanın Edinburq şəhərində doğulub.
20.5.2014
  
Mayın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
20.5.2014
  
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi Kommunikasiya üzrə yeni direktor təyin edildi. Bu vəzifəyə Vilyam Luis-Mari təyin edilib.
20.5.2014
  
Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarır. Gecə-gündüz idmanla məşğul olur. Təbii ki, idmanın faydalarını danmaq olmaz. Lakin bir neçə qidalar var ki, onlar istənilən nəticəni daha tez əldə etməyə kömək edir.
20.5.2014
  
Kann kinofestivalında “Möcüzələr” filminin premyerası baş tutub. Bu filmdə Monika Belluçi də rollardan birini oynayıb.
20.5.2014
  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi sel daşqınları baş verən Serbiyaya, Bosniya və Herseqovinaya yardım göndərib.
20.5.2014
  
Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.
20.5.2014
  
Dünya ulduzları yaşları artdıqca daha gənc görünməyə can atır və bunun üçün əlindən gələni edirlər. Lakin onların bəziləri zamanla cavanlıq səhvlərini nəzərə alır, öz güclü tərəflərini vurğulamağı öyrənirlər. Vaxtın bizim əleyhimizə işlədiyini düşünürsünüzsə, yanılırsınız. Çünki dünya ulduzları arasında elələri var ki, illər keçdikcə cavanlaşır.
20.5.2014
  
Mayın 19-da Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə, qurumun mənzil iqamətgahında əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri - yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.
20.5.2014
  
Mayın 21-də Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan “Birinci ol” şüarı altında “Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.
20.5.2014
  
Qoç - günün ilk yarısında xırdalıqlara və detallara xüsusi diqqət yetirin. Pedantizm səviyyəsində səliqəli olun. Mühüm sənədləri imzalamağa hazırlaşırısınızsa, həmin sənədləri diqqətlə oxuyun. Suallar yaranarsa, mütəxəssislə məsləhətləşməyi unutmayın.
20.5.2014
  
Azərbaycanda işə qəbul olunacaq müəllimlər and içəcəklər. Təhsil Nazirliyinə istinadən xəbər verilir ki, bu təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda əksini tapıb.
20.5.2014
  
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu il mayın 20-dən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 10 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
20.5.2014
  
Dünən saat 23:00-da Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməsinədək bağlanan hissəsində təmir işlərinə start verilib.
19.5.2014
  
Azərbaycanda gənclərlə bağlı yeni ictimai birlik yaranıb.