16.4.2014
  
Azərbaycan Turizm İnstitutu Avropa İttifaqının LMPH "Gürcüstan, Azərbaycan və Moldavada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" 544191 Tempus 1-2013 -1-PT JPCR" layihəsində iştirakçı hüququ qazanıb.
16.4.2014
  
Baham arxipelaqında, Eksuma adasının yaxınlığındakı İnnosens adası satışa çıxarılıb.
16.4.2014
  
Aprelin 18-də xalq artisti, görkəmli teatr və kino aktyoru Ağahüseyn Cavadovun 120 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Dövlət Film Fondunda təşkil olunacaq tədbir adıçəkilən nazirliyin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
16.4.2014
  
Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan "Azercell" daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. Şirkət bu günlərdə SimSim abunəçiləri üçün daha bir unikal xidmət istifadəyə verib.
16.4.2014
  
Türkiyənin meqastarı Tarkan yenidən Azərbaycana gələcək. Tarkan təşkilatçı Nahid Emiloğlunun təşəbbüsü ilə Qəbələdə konsert verəcək.
15.4.2014
  
Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edib.
15.4.2014
  
“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərkən deyib.
15.4.2014
  
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Bakı Kompüter Kollecində təqdimatı baş tutub.
15.4.2014
  
Paytaxtda “Bakı moda festivalı” adlı layihə keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
15.4.2014
  
Qoç - İşgüzar aktivlik səviyyəsini artırın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlərin öhdəsindən gələ bilərsiniz. Karyera irəliləyişi və gəlirlərin artımı istisna deyil. Sərfəli anlaşma və müqavilələr, maraqlı kommersiya təklifləri ola bilər.
14.4.2014
  
Bu gün saat 22:00-dan Heydər Əliyev prospektinin “Ramstore” dairəsindən Böyükşor yol qovşağına qədər olan əsas hissəsi bağlanacaq.
14.4.2014
  
Makiyaj edərkən göz rənginizə uyğun rəng tonlarını seçə bilmək istədiyiniz nəticəni almanıza səbəb olacaq. Göz makyajı edərkən gözlərinizi yorğun və halsız göstərən rənglərdən uzaq durmalı, canlı göstərən rənglərə üstünlük verməlisiniz.
14.4.2014
  
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Kərbəla və Nəcəf ziyarətinə yollanan azərbaycanlı zəvvarlara müraciət edib.
14.4.2014
  
Bakıda III “Univision” mahnı müsabiqəsinə start verilib. Layihə Gənclər və İdman Nazirliyi,  Mədəniyyət və Turizm Nazirliyi və  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə  keçirilir.
14.4.2014
  
Hollivudun əfsanəvi aktyoru, çinli döyüş ustası Ceki Çanın qeyri-adi videosu yayılıb.
14.4.2014
  
Çinin Cuntsin vilayətinin 34 yaşlı sakini öz üzərində təhlükəli təcrübə keçirib. O, bədənini 460 min arıdan ibarət 45 kiloqramlıq örtüklə bağlanıb.
14.4.2014
  
Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edib.
14.4.2014
  
Scarlett Johansson, Angelina Jolie və Uma Thurman kimi ulduzlarla işləyən “Louis Vuitton” bu dəfə aktrisa Michelle Villiamsı seçib.
14.4.2014
  
İsveç meşəsində qeyri-adi “Mirror Cube” (Güzgülü kub) adlı gözəgörünməz otel açılıb. Sivilizasiyadan uzaqda təbii meşədə yerləşən oteli həqiqətən də “gözəgörünməz” adlandırmaq olar.
11.4.2014
  
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.